AQRO XƏBƏRLƏR

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Univeritetində (ADAU) baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

Layihə aqromühəndislik və baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi ilə icra edilir.

ADAU-nun maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması tədbirləri çərçivəsində maşın-traktor parkının istismara verilməsi, tədris mərkəzlərinin yaradılması, heyvandarlıq komplekslərinin, baytarlıq klinikasının, heyvan kəsimi sexinin, quşçuluq tədris mərkəzinin, süni mayalanma tədris mərkəzinin istifadəyə verilməsi bu sahələr üzrə  təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin, kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün aşağıdakı linkə daxil olun: https://bit.ly/2TfsYl4

Müraciət üçün son tarix: 28 iyul 2021-ci il

Ətraflı məlumat üçün www.adau.edu.az saytına daxil ola bilərsiniz.

Tarix : 23-07-21 02:07

Oxunma sayı: 206

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək