Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Aqrar Sığorta Fondu arasında görüş keçirilib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə görüşdə növbəti mərhələdə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bu əməkdaşlığın növbəti mərhələdə sığorta sektorunun inkişafı ilə bağlı prioritetlərin birgə həyata keçirilməsinə təkan verəcəyini bildirib. İcraçı direktor vurğulayıb ki, sığorta sektoruna aid olan bütün qurumların imkanlarını vahid istiqamətdə dəyərləndirmək və bununla da bazarın inkişaf dinamikasına təkan vermək ASA-nın başlıca prioritetidir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da öz növbəsində əldə olunmuş anlaşmanın ölkədə yeni tətbiq edilməkdə olan aqrar sığorta mexanizminin inkişafına, mövcud və potensial sığortaolunanlarda aqrar sığorta vərdişlərinin formalaşmasını stimullaşdıracağına əminliyini qeyd edib.
Görüşün sonunda iki qurum arasında həm aqrar sığorta xidmətlərinin, həm də ümumilikdə yerli sığorta bazarının inkişafına hədəflənən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
© agro.gov.az
Tarix : 08-04-21 07:35
Oxunma sayı: 20
Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)
Özünüməşğulluq proqramına dəstək məqsədilə birgə “Baramaçılığın inkişafına dəstək” layihəsinə start verilib
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlar sertifikatla təmin ediliblər
ADAU tələbəsi Vaşinqton Universiteti və Valensiya Politexnik Universitetinin sertifikatlarını qazanıb
Tovuz, Qazax və Ağstafada aqrar sığorta mexanizmi ilə bağlı görüşlər keçirilib
Nazir İnam Kərimov Şəkidə yeni salınmış intensiv fındıq bağlarına baxış keçirib, regional laboratoriyaların fəaliyyəti ilə tanış
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək
Kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib
Fermerlərin diqqətinə: Birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu davam edir