Azərbaycan aqrar elmi tarixində ilk dəfə tərəvəzçilik sahəsi üzrə fundamental ensiklopediya hazırlanıb. “Tərəvəzçilik ensiklopediyası” (terminlər, anlayışlar və şərhlər) kitabında tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu sayda termin və anlayışlara izahlar verilib. Ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və əlaqəli sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən lüğətlər və sorğu kitablarından, dərsliklərdən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib. Tərəvəzçilik, bostançılıq, kartofçuluğun çox geniş və çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələrində olan əlaqəli terminlər və onların izahı da ensiklopediyaya daxil edilib.
Ensiklopediyada həmçinin, yarandığı ilk gündən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun tərəvəzçilik, bostançılıq və kartofçuluq üzrə müxtəlif mövzularda apardığı elmi-tədqiqat işləri, xüsusən də bu bitkilərin seleksiyası və toxumçuluğu sahəsində apardığı işlər - yaradılmış sortlar, onların təsviri, biomorfoloji xüsusiyyətləri, aprobasiyası, toxumçuluğu və aqrotexnikası haqqında ətraflı məlumat verilib.
Tərəvəzçilik ensiklopediyası tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların mütəxəssisləri, doktorantlar, magistrantlar, bakalavrlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
© agro.gov.az
Tarix : 17-02-21 07:37
Oxunma sayı: 33
Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)
Professor Eric Tsui ADAU tələbələrinə “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə keçib
“Heyvandarlıqda müasir inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi videokonfrans keçirilib
“Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində təlimlərə başlayıb
Kənd Təsərrüfatı Nazirliyinin layihəsi çərçivəsində heyvanların identifikasiyası həyata keçirilir
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir
Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cins damazlıq qoyunları gətirilib
Azərbaycanda qarğıdalı əkinlərinin güzəştli sığortası başlayıb