Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortası başlanılıb.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür.
Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb.
Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər.
Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib.
Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar.
Məhsullar |
Müraciət üçün son tarix |
Şəkər çuğunduru |
05.03.2021 |
Üzüm |
15.03.2021 |
Çay |
30.03.2021 |
Limon |
10.04.2021 |
Narıngi |
10.04.2021 |
Portağal |
10.04.2021 |
Yazlıq taxıl |
15.04.2021 |
Pambıq |
20.04.2021 |
Tütün |
30.04.2021 |
Çəltik |
05.05.2021 |
Fındıq |
10.05.2021 |
Qarğıdalı |
07.06.2021 |
Payızlıq taxıl |
01.11.2021 |
Kartof |
İl boyu |
K/t heyvanları |
İl boyu |
Tarix : 12-01-21 09:39
Oxunma sayı: 39
Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr”
Bu ildən etibarən torpaq aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Azərbaycanda aqrar sığorta eksperti olmaq istəyənlər imtahan verəcəklər
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
“Tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə
Sabirabadda “Baramaçılığın yem bazasının gücləndirilməsi” mövzusunda tarla seminarı keçirilib
Azərbaycanda şəkər çuğundurunun güzəştli sığortası başlayıb
Barama istehsalının səmərəli təşkili mövzusunda onlayn müşavirə keçirilib