Saatlıda Türkiyə sortu kimi tanınan “Eşmə” heyva növü yetişdiriləcək. Artıq bağın müəyyən hissəsində tinglər əkilib. Bağ innovativ üsulla becəriləcək.
AZƏRTAC xəbər verir ki, Saatlıda ilk dəfə olaraq Türkiyədən gətirilən heyva tinglərindən bağın salınmasına başlanılıb. Bağ üçün rayonun Qaralar kəndi ərazisində 25 hektar ərazi ayrılıb.
Təsərrüfat sahibi Ələsgər Əhmədov bildirir ki, intensiv bağın salınması üçün əvvəlcə torpaqdan analiz götürülüb və bağın tirə üsulu ilə əkilməsinə qərar verilib. Məqsəd isə ağac köklərinin qrunt sularından qorunmasıdır. Bağda 50 min ədəd “Eşmə” sortundan olan ting əkiləcək.
Bağın barvermə qabiliyyəti 2-ci ildən başlayacaq. Hər ağac əvvəlcə 6-8 kiloqram meyvə verə biləcək. Məhsuldarlıq ağacların üç yaşında hər ağacda 10-20 kiloqrama, sonrakı illərdə isə 30-40 kiloqrama çatacaq və ondan da çox olacaq. Bağın barvermə müddəti isə 30-40 ilə bərabərdir.
Yüksək məhsul götürmək üçün öncədən də bir çox aqrotexniki işlər yerinə yetirilib. Bağban İsmayıl Ağayev söyləyir ki, əkin işlərinə qədər sahədə şum və mala işləri görülüb. Eyni zamanda, tirələr çəkilərək ting üçün quyular qazılıb. Artıq tinglərin üçdəbir hissəsi əkilib. “Eşmə” sortu yerli heyvadan bir çox xüsusiyyətləri ilə seçilir, dadlı və yumşaq olur.
Bağın salınması, eyni zamanda, əlavə iş yerinin də açılmasına şərait yaradacaq. Hazırda əkin işləri ilə 100-ə yaxın kənd sakini məşğul olur.
© agro.gov.az
Tarix : 09-01-21 08:40
Oxunma sayı: 25
Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
Nazir İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlayıb
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr”
Bu ildən etibarən torpaq aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Azərbaycanda aqrar sığorta eksperti olmaq istəyənlər imtahan verəcəklər
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
“Tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə