AQRO XƏBƏRLƏR

 

Aqrar Xidmətlər Agentliyinin məlumatlarına görə bu zərərverici ölkənin 26 payonunda qeydə alınıb, Quba-Xaçmaz zonasının meyvə bağlarında daha geniş yayılmışdır. Ona görə də zərərvericinin aşkar edilməsi və ona qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi vacib təsərrüfat əhəmiyyətli məsələlərindən biridir.

Təsnifatda yeri: Kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus perniciosus) həşərat sinfinin (Insecta) bərabərqanadlılar dəstəsinin (Homoptera) Diaspididae fasiləsinin Quadraspidiotus cinsinə məxsus həşəratdır.

Zərərverici yayıldığı ərazilərdə alma, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, cökə, akasiya, söyüd, yunan qozu, qovaq, zoğal, maya otu, naringi, limon, xurma, yemişan, gül, yasəmən və digər meşə, kol və dekorativ bitkilər ilə qidalanır. Meyvə bitkilərinə (çyirdəkli və tumlulara) daha çox ziyan vurur..

Yumurta qoyuluşu zamanı borularında yumurta yırtılır və sürfələr doğulur. Hərəkətli sürfələr 1-7 gün bitki boyunca gəzirlər (7 gün ac qala bilirlər), şirə sorma anından başlayaraq tel şəklində mum ifraz edirlər. Tək sürfələrə az rast gəlinir, əsasən koloniya əmələ gətirirlər.

Doğulduqdan çanaq əmələ gələnədək olan aralıq (4-7 gün) kimyəvi mübarizə üçün ən əlverişli vaxtdır. Ağ, sonradan boz zireh yaranır. Sormaya başladıqdan 10-12 gün sonra (və ya çanaq əmələ gəldikdən 7-8 gün sonra) çanaq aralanır, qabıq dəyişdirilir, sürfə növbəti yaşa keçir. 10-14 günə inkişafını yekunlaşdıran II yaşlı dişi sürfələr cütləşməyə qabil cavan dişilərə çevrilirlər.

Avqustun sonundan çanaqları tutqunlaşmış (qaralmış) diapauzaya getmiş I yaşlı sürfələr qeydə alınır. I nəsil fərdlərinin bir qismi də diapauzaya düşür. Soyuqlar düşdükdə çanaq sıxlaşır və qara rəng alır.

 Azərbaycanın düzənlik ərazilərində yerləşən meyvə bağlarında zərərvericinin üç nəsil verdiyi müəyyən olunmuşdur.

 Zərərvericinin çoxalması və onunla sirayətlənmə dərəcəsi digər ekoloji amillərdən də çox asılı olur. Yandırıcı günəş şüaları öldürücü təsir edir, sayca azalmaya səbəb olur. Zəifləmiş ağaclar sirayətlənməyə həssas olurlar. Azot gübrələrinin artıqlığı, bitkilərin natamam işıqlanması, torpaqda rütubətin azlığı və quru hava yastıcalarla sirayətlənməyə təsir edir.

Zərərvericinin qidalandığı bitkilərdə maddələr mübadiləsi pozulur və bunun nəticəsində gövdə və budaqların qabığı çatlayır, yarpaqlarda sarı ləkələr əmələ gəlir, sonradan onlar tam saralır, qırışır və vaxtından xeyli əvvəl tökülürlər, inkişaf dayanır, budaqlar əyilir, nazik budaqlar quruyur, meyvələr deformasiyaya uğrayir və üzərində qırmızı ləkələr əmələ gəlir. Zərərverici ilə güclü zədələnmiş ağaclar məhv olurlar.Yeni ölkə və ərazilərə daxil olduqdan sonra qısa zaman ərzində daha çox əkin sahələrini sirayətləndirir, bütöv ağacların və plantasiyaların məhv olmasına səbəb olur. Gövdə, budaq, meyvə, saplaq və yarpaqların şirəsini intensiv sorulması nəticəsində ağaclar və kollar tədricən zəifləyir və məhv olurlar. Sirayətlənmiş tinglər 2-3 ildən sonra quruyurlar. Bəzən meyvələrin 80-90%-i zədələnir və deformasiya olunur, məhsuldarlıq aşağı düşür. Yastıca ilə sirayətlənmiş bitki və meyvələrin idxal və ixracına yol verilmir.

Zədələnmiş ağaclar asanlıqla qabıqyeyənlər, qara xərçəg və s. ilə sirayətlənirlər, yastıca tərəfindən sirayətlənmiş ağaclar zəif şaxtanın təsirindən məhv olurlar.

Mübarizə tədbirləri:

Koliforniya çanaqlı yasıcası təhlükəli zərərvericidir, onunla mabarizə hər zaman çətin və uzunmüddətli olur. Ağac və kolların düzgün və vaxtında dərmanlanması, zərərvericinin 90%-nin məhv edilməsim təmin edir. Koliforniya çanaqlı yastıcası ilə mübarizə əmək tutumlu prosesdir, onun əleyhinə müxtəlif mübarizə üsulları sistem şəklində tətbiq olunmalıdır.

Karantin tədbirləri:

bitki karantini tələblərinə ciddi əməl olunmalıdır. Sağlam əkin materialından istifadə olunmalı, sirayətlənmiş rayonlardan ting, calaqaltı və qələm gətirilməsinə yol verilməməlidir;

sirayətlənmiş əkin materialı kameralarda fumiqasıya olunmalı və fumiqasiyanın səmərəliliyi ciddi yoxlanılmalıdır;

əkinlərdə feromonlu tələlərlə ( toxmacarlıqda 1 hektara 1 tələ, sənaye bağlarında isə 2 tələ asmaqla) müntəzəm müşahidələr aparılmalıdır.

 Aqrotexniki tədbirlər:

çətir seyrəldilməli, gövdəətrafı pöhrələr kəsilməlidir;

gövdə və budaqlar ölü qabıqlardan, mamır və şibyələrdən təmizlənməlidir;

qurumuş və xəstə budaqlar və bitkilər vaxtında kəsilərək götürülməlidir;

təmizlənmiş qabıqlar və kəsilmiş hissələr yandırılmalıdır;

ağac və kollar vaxtında suvarılmalı və gubrələnməlidir.

Mexaniki üsul:

budaq və gövdədəki yastıca koloniyaları metal fırça ilə qaşınaraq, yerə sərilmiş polietilen materialın üzərinə tökülməli, sonradan yandırılmalıdır;

bitki yaşca kiçikdirsə yeni sirayətlənmə zamanı yoluxmuş yarpaq və zoğlar kəsiıərək yandırılmalıdır. Bu zaman sabunlu süngər və ya spirtlə isladılmış tompon ilə yarpaqları və budaqları silərək təmizləmək olar.

Kimyəvi üsul: Yastıcaya qarşı kimyəvi mübarizə - yeganə səmərəli üsul sayılır:

zərərvericinin populyasiya sıxlığı yüksək olmadıqda, erkən yazda tumurcuqlar açanadək (gecələr temperatura 4°C-dən, orta gündəlik temperatura isə 7,5°C-dən yuxarı olduqda) mineral yağ emulsiyaları ilə ağacların çilənərək yuyulması vegetasiya dövründə zərərvericinin çoxalma və yayılmanın qarşısını alır. Bu zaman qarışdırmaqla keyfiyyətli işçi məhlul hazırlanmalı, budaqlardakı yağ örtüyünün tez qurumaması üçün sakit və buludlu havada, nisbi rütubət yüksək olduqda çiləmə aparılmalıdır. Çiləmədən sonra temperaturanin 4°C-dən aşağı düşməsi məhluldakı suyun donmasına, yaranmış örtüyün tamlığının pozulmasına gətirib çıxara bilər;

dərmanlamaya başlamamışdan əvvəl ölü qabıqların, qurumuş və xəstə budaqların toplanaraq yandırılması başlıca şərtlərdəndir;

erkən yazda yastıca əleyhinə dərmanlamada nitrofen, oleokuprit və mineral yağ preparatlarından (preparat 30 və s.) istifadə olunur;

kiçik damlalar şəklində çilənən məhlulun bütün ağacı və qabıq üzərindəki çatları tam islatması yüksək səmərəlilik əldə etmək üçün vacibdir. Mineral yağ nazik pərdə kimi gövdə və budaqları örtərək, çanaq altında rütubət və hava balansının pozulmasına, son nəticədə sürfələrin məhvinə səbəb olur; ağaclara mənfi təsir etdiyindən 2-3 ildə bir dəfə prepatat № 30 tətbiq olunmalıdır; vegetasiya dövründə kaliforniya çanaqlı yastıcasının kütləvi çoxalmasının qarşısını almaq üçün bitkilər tərkibində fosfor üzvi birləşmələr, neonikotinoid və piretroidlər olan insektisidlərlə dərmanlanırlar;

I və II nəslin gəzən sürfələrinin doğulma dövrünün başlanğıcında yay nəsillərinə qarşı dərmanlamaların aparılması tövsiyə olunur. Yaxşı olardl kı, gəzən sürfələrin kütləvi çıxdıqları dövrdə yay çiləmələri aparılsın. Güclü yoluxma zamanı hər nəslə qarşı iki dəfə - 10 gün ara verməklə çiləmə aparılması yaxşı nəticə verir. Etibarlılığı artırmaq məqsədilə, bəzən 5-6 gün intervalla çiləmələri təkrarlamaq tövsiyə edilir;

yastıcanın inkişaf sikli (Fenoloji cədvələ bax) nəzərə alınmaqla ağacların dərmanlanması həyata keçirilir, “gəzən sürfə” mərhələsində dərmanlamaların səmərəliliyi yüksək olur. Yaşlı fərdlər əleyhinə dərmanlama məqsədəuyğun deyil;

vegitasiya müddətində (çiçəkləmədən əvvəl və sonra) zərərvericilərə qarşı aşağıdakı pesiditlərin birindən istifadə olunması məsləhət görülür: Avantaj (1,5 l/ha), Siperkor (1,0 l/ha), Mezatam (0, 1-02 l/ha), Dentis (0,2 l/ha), Desis (05, l/ha), Bİ-58 Novıy (1-2,5 l/ha), Sumition (1 kq/ha), Fufanon (1 kq/ha), və s. Yastıcalara qarşı digər insektisidlərin (Ditoks, Terradim, Desant, Admiral, Sumition, Dirsban) istifadəsi də mümkündür. Yaxşı səmərə verdiyindən, çox hallarda Aktara, Bİ-58 Novıy, Fufanon, Aktellik, insektisidlər tövsiyə olunur;

yastıcalarda pestisidlərə davamlılığın yaranmasını əngəlləmək üçün müxtəlif kimyəvi siniflərə məxsus insektisidləri növbələşdirməklə, mübarizə aparılmalıdır.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarlara təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal  Aqrar Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına ( Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilməsini tövsiyə edir.

© agro.gov.az

Tarix : 10-05-20 02:13

Oxunma sayı: 49

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək