AQRO XƏBƏRLƏR

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində taxıl sahələrinin əsas zərərvericilərindən olan siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

AXA-dan bildirilib ki, ölkədə 1 milyon hektara yaxın taxıl sahələrində fitosanitar müşahidələr aparılıb. Müşahidələr zamanı taxıl əkinindən sonra hava şəraitinin isti və quraq keçməsi nəticəsində gəmiricilərin sayında artım qeydə alınıb.

Qeyd edək ki, ötən il respublika ərazisində aparılan mübarizə tədbirlərinin 25,6%-ni (407.1 min ha) siçanabənzər gəmiricilərlə mübarizə təşkil edib.  Büdcə vəsaiti hesabına həyata keçirilmiş mübarizə tədbirləri 318 min hektar sahəni əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 1,5 dəfə və ya 105,0 min hektar çoxdur.

İl ərzində siçanabənzər gəmiricilərlə bağlı büdcə vəsaiti hesabına aparılmış kimyəvi mübarizə tədbirləri ən çox Şəki (59.8), Qobustan (20.4), Cəlilabad (19.6), İsmayıllı (17.6), Oğuz (12.3), Tovuz (12.1), Qusar (11.7), Ağsu (11.0), Zaqatala (9.7), Şamaxı (9.3), Gədəbəy (9.1), Ağstafa (8.5), Qəbələ (8.4), Ağcabədi (7.9), Göygöl (7.6) və Füzuli (7.0)  rayonlarının əkin sahələrini əhatə edib. Agentlik tərəfindən cari ildə də siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı mübarizə tədbirləri davam etdirilir. İlin əvvəlindən indiyə kimi büdcə vəsaiti hesabına 40.7 min ha sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb.  

Eyni zamanda, yerli qurumların mütəxəssisləri tərəfindən  mütəmadi olaraq taxıl böcəyi sürfələrinə qarşı müşahidələr aparılıb və sirayətlənmə aşkar edilmiş təsərrüfat sahiblərinə mübarizə tədbirlərinin aparılmasına dair məsləhət və tövsiyələr verilib, mübarizə işləri təşkil edilib. Belə ki, 2019-cu il ərzində dənli bitkilərdə taxıl böcəyinə qarşı 26.9 min hektar sahədə, cari ilin əvvəlindən indiyə kimi isə 1960 hektarda taxıl böcəyinə qarşı təsərrüfat subyektləri ilə birgə kimyəvi mübarizə tədbirləri aparılıb. Fevral ayının ikinci ongünlüyündən başlayaraq respublikanın əksər bölgələrində havanın temperaturunun aşağı düşməsi və qarın yağması bu zərəvericilərin aktivliyini xeyli aşağı salıb.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda mübarizə tədbirləri davam etdirilir.

© agro.gov.az

Tarix : 18-02-20 08:34

Oxunma sayı: 31

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək