AQRO XƏBƏRLƏR

 

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Türkiyənin bəzi tədqiqat mərkəzləri ilə “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsini həyata keçirir.

Layihə çərçivəsində ekspert qismində Azərbaycana gəlmiş Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Adana şəhərindəki Doğu Akdeniz Tarım Araştırma İnstitutunun direktor müavini, qarğıdalı üzrə tədqiqatçı Dr. İbrahim Cerit, Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü Müdürlüyünün əməkdaşı  Dr. Gönül Cömertpayın və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Həlimə Məmmədovanın birgə iştirakı ilə Türkiyədən gətirilmiş qarğıdalının haploid xətlərinə aid toxumlar seçilərək laboratoriya şəraitində cücərdildikdən sonra tarlaya köçürülüb.

Layihə çərçivəsində Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili, fermerlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

© agro.gov.az

Tarix : 22-08-19 09:47

Oxunma sayı: 89

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək