Gəncə-Qazax iqtisadi rayonunun ərazisində “Milli Yaylaq Festivalı” başlayıb. Əsas məqsədi yaylaq və elat ənənələrinin yaşadılması və təbliği olan festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutur. Festivalın keçirilməsinə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları tərəfindən də dəstək verilir. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan el şənliyi 3 gün ərzində, iyul ayının 28-dək davam edəcək.
Qeyd edək ki, festivalda “Aqrar Tədarük və Təchizat” ASC də iştirak edir. Həmçinin, festival ərazisində Kənd Təsərrüfatı yanında fermerlərə dəstək məqsədilə yaradılan Aqrar Ticarət Şirkətinin 3 müxtəlif stendi- araba, alaçıq və promostend qurulub. Festivalın ilk günündən etibarən şirkətin yerli fermerləri dəstəkləmək və kənd təsərrüfatı sahəsini stimullaşdırmaq üçün yaradılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ), Kənddən Şəhərə və Şəhərdən Kəndə layihələri nümayiş etdirilir. Festival iştirakçılarına, xüsusən də kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarına, yerli fermerlərə layihələr haqqında ətraflı məlumat verilir. Bundan başqa festival ərazisində qurulan stendlərdə müxtəlif meyvə quruları, bal çeşidləri, “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan məhsullar (düyü, noxud, çay) və müxtəlif kənd təsərrüfatı məhsulları sərgilənir və satışı həyata keçirilir. Festivalda “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının dequstasiyası da həyata keçirilir.
Tarix : 28-07-19 02:56
Oxunma sayı: 187
Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)
“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib
Heyvanlar üçün döşənək materiallarına dair mütəxəssis tövsiyələri
Rusiya-Azərbaycan Regionlararası Forumunda kənd təsərrüfatında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib
Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
Payızlıq buğdanın səpin qaydası
Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb
Nar haqqında daha ətraflı