AQRO XƏBƏRLƏR

 6 iyun Kənd Təsərrüfatının inkişafına yeni nəfəs gətirən Cənab Nazir İnam Kərimovun doğum günüdür. 

İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alan İnam Kərimov, 1994-cü ildən 1995-ci ilə qədər Birləşmiş Ştatların İndiana ştatında yerləşən "Richmond High Scholl"-da təhsilini davam edib.

1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olunan İnam Kərimov, 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

İnam Kərimov Sorbonna Universitetində hüquq üzrə doctor elmi dərəcəsi alıb. O, doğma azərbaycan dili ilə yanaşı fars, fransız, ingilisvə rus dillərini bilir.

İnam Kərimov, 2002-ci ildən 2004-cü ilə qədər Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-cü ildən 2012-ci ilə qədər isə baş məsləhətçi vəzifələrində çalışırdı. O, həmdə 2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının Katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlət Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli - nömrəli Sərəncamı ilə İnam Kərimov, Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edildi.

O, həmdə 2016-cı ildən Azərbaycan Turizm Şurasının üzvdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov, Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edildi. Azərbaycanın 5-ci Kənd təsərrüfatı naziri olan İnam Kərimov, bu postda 2013-cü ildən həmin vəzifəni icra edən Heydər Əsədovu əvəzlədi. Həmin gün İlham Əliyev tərəfindən imzalanan digər Sərəncama əsasən isə İnam Kərimov, Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edildi.

İnam Kərimov ailəlidir, 2 övladı var. 

Tarix : 07-06-19 12:22

Oxunma sayı: 159

Paylaş : (Bu xəbəri başqalarına önərə və onlarla bölüşə bilərsiniz)

Digər xəbərlər
Hamısını göstər
ƏN ÇOX AXTARILANLAR


Davam etmək
İmtina etmək